Parisdə polis bölməsinə hücum edilib

Foto arxiv

Foto arxiv

Parisdə polis məntəqəsinə hücum etmək istəyən şəxs güllələnib.

Fransa daxili işlər nazirliyinin məlumatına görə, o hücum edərkən “Allahu Əkbər” qışqırırmış.

Onun əlində bıçaq və üstündə partlayıcı kəmərə oxşayan qurğu olub.

İnsident yanvarın 7-də müxtəlif millətlərin yaşadığı məhəllələrdən birində baş verib.

Qeyd edək ki, bu həftə Fransada ötən il yanvarın 7-də satirik “Charlie Hebdo” jurnalına edilmiş hücum və bundan sonra törədilən digər hücumlarda ölən 17 nəfərin xatirəsi anılır.

Fransa prezidenti Francois Hollande bu hüquq-mühavizə orqanları əməkdaşlarının qarşısında çıxış edərkən deyib.

Qeyd edək ki, Paris hücumlarına görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.