Paris hücumu ilə bağlı açıqlama verildi

Foto arxiv

Parisdə polis məntəqəsinə hücum edən öldürülmüş şəxsin üstündə “İslam Dövləti” qrupunun nişanı olub.

Bu barədə Paris prokurorluğu məlumat yayıb.

Önun üstündən bu qrupun bayrağı olan vərəqə və mobil telefon tapılıb.

O yanvarın 7-də Parisdə polis məntəqəsinə hücum etmək istəyərkən güllələnib.

Daxili işlər nazirliyinin məlumatına görə, o hücum edərkən “Allahu Əkbər” qışqırırmış, əlində mətbəx bıçağı var imiş.

Qeyd edək ki, bu həftə Fransada ötən il yanvarın 7-də satirik “Charlie Hebdo” jurnalına edilmiş hücum və bundan sonra törədilən digər hücumlarda ölən 17 nəfərin xatirəsi anılır.

Qeyd edək ki, Paris hücumlarına görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.