Özbək qaçqına 25 il cəza kəsildi

Fazliddin Kurbanov

-

ABŞ-da özbək qaçqın 25 il həbsdə yatacaq, daha sonra deportasiya olunacaq. Səbəb onun ABŞ hərbi akademiyasına hücum planlaşdırmasıdır. Bu barədə məhkəmə qərarı yanvarın 7-də çıxarılıb.

Hakim Edward J. Lodge Fazliddin Kurbanov barədə çıxardığı hökmdə bildirib ki, o, ABŞ-da cihad etmək istəyirmiş. “O, Birləşmiş Ştatlarda bomba partladaraq 11 sentyabr terroruna oxşar mesaj vermək istəyib”.

Rusdilli Kurbanov yük maşını sürücüsüdür, 2009-cu ildə Özbəkistandan qaçıb. O, “terrorçu deyiləm… heç vaxt heç kəsə zərər vermədim. Belə bir niyyətim yoxdur, özəlliklə də amerikalılara”, deyə etiraz edib.

Prokurorlar Kurbanov-un cihadçı olduğunu, Özbəkistan İslam Hərəkatı terrorçu təşkilatı ilə kommunikasiya qurduğunu bildirir.