Çempionat Argentina və Uruqvayda ola bilər

Foto arxiv

2030-cu ildə futbol üzrə Dünya Çempionatı Argentina və Uruqvayda keçirilə bilər.

Mətbuatın yazdığına görə, bu ölkələr dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini verəcəklər.

Bu barədə Argentinanın prezidenti Mauricio Macri məlumat verib.

Qeyd edək ki, 2030-cu ildə dünya çempionatının 100 illiyi olacaq.

1930-u ildə ilk dünya çempionatı Uruqvayda keçirilib.

Həmin vaxt ev sahibləri finalda Argentina millisinə 4:2 hesabı ilə qalib gələrək çempion olub.