Banklar komissiyanı artırır

Plastik kartlar

-

2016-cı il yanvarın 11-dən plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı konvertasiyaya görə 4% həcmində komisyon alınacaq.

Bunu Trend-ə Azərbaycan Banklar Assosiasiyasından (ABA) deyiblər.

ABA-dan qeyd ediblər ki, bu tədbir kartlardan vəsaitlərin nağdlaşdırılması üzrə əməliyyatların azaldılmasına və nağdsız hesablaşmaların stimullaşdırılmasına yönəldilib.

Amma bu qərarın nağdsız hesablaşmalar zamanı konvertasiyaya şamil edilməyəcəyi deyilir.