Çörəyin çəkisini azaldanlara xəbərdarlıq

Çörək

-

İqtisadiyyat və Sənaye Nazirliyi ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi çörəyin qiymətini qaldıran sahibkarlara xəbərdarlıq ediblər.

Nazirliyinin məlumatında deyilir ki, Bakı şəhərində fəaliyyət göstərən «Muğan» və «Səma» firmalarının «zavod çörəyi»nin istehsalı zamanı mövcud standartlara əməl etmədiyi, qiymətlərin gizli artırılması məqsədilə çörəyin çəkisini azaltdıqları müəyyən olunub.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi hər iki firmanın rəhbərliyinə xəbərdarlıq edib. Bu cür qanun pozuntusu təkrarlanacağı təqdirdə barələrində daha ciddi tədbirlər görüləcəyi nəzərlərinə çatdırılıb.

Hər iki dövlət qurumu bir daha sahibkarlıq subyektlərinə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verməməyi tövsiyə edir.