Aclıqla mübarizə aparan Madaya qəsəbəsinə ilk yardım yoldadır 

Arxiv fotosu

-
Yanvarın 10-da BMT-nin Suriyada aylardır atəş altında olan və aclıqla mübarizə aparan Madaya qəsəbəsinə ilk yardımı çatacaq.

Madaya qəsəbəsu Livanla sərhəddə yerləşir. 40 min əhalisi var. İlkin mərhələdə qəsəbəyə bir aylıq qida və dərman göndəriləcək.

Madaya keçən ilin iyulundan Suriya ordusu və hizbullahçıların atəşi altındadır. Qəsəbə sakinlərinin yaşamaq üçün ev heyvanlarını və ağac yedikləri bildirilir. Necə-neçə adam acından ölüb.

Ərzaq qıtlığının tüğyan elədiyi Fuaa və Kefriye qəsəbələrinə də gələn həftələdən yardım çatdırılcağı bildirilir. Bu qəsəbələrdə də 30 minə yaxın adam aclıqla mübarizə aparır.

Suriyada atəş altında olan 15 bölgədki 400 min insana yardımlar çatdırıla bilmir. Bu ölkədə 5 ildir davam edənə daxili müharibə nəticəsində 250 mindən artıq adam ölüb. 11 milyon suriyalı evindən didərgin düşüb.