David Bowie vəfat edib

David Bowie

-

Əfsanəvi britaniyalı müğənni David Bowie 69 yaşında xərçəngdən vəfat edib.

Yanvarın 11-də müğənninin rəsmi tvitter və facebook hesablarında bu barədə məlumat verilib. O, 18 ay idi xərçənglə mübarizə aparırdı.

Bowie-nin Duncan və Alexandria Jones adlı iki övladı qalıb. Duncan Jones tvitterdə atasının ölüm xəbərini təsdiqləyib.

Bowie ötən həftə yeni albom buraxıb və 20-ci əsrin ən məşhur qlem-rok müğənnilərindən olub.

Onun Blackstar adlı sonuncu albomu yanvarın 8-də işıq üzü görüb.