Fransa atəşi dayandırmağa çağırır

Laurent Fabius

Fransa Suriya hökuməti və onun yaxın müttəfiqi olan Rusiyanı sülh danışıqlarına iki həftə qalmış mülki sakinlərə qarşı hərbi hərəkətləri dayandırmağa çağırıb.

Fransanın xarici işlər naziri Laurent Fabius Suriyada hökumət qoşunlarının mühasirədə saxladığı Madaya şəhərindəki vəziyyətə toxunub.

Yardım qrupları bu şəhərdə sakinlərin aclıqdan öldüyünü bildirirlər.

Fabius bildirib ki, Fransa bu qəbul edilməz hücuma son qoyulması üçün BMT-nin təhlükəsizlik şurasında Suriyaya təzyiq göstərilməsini müzakirə edəcək.

O bunu yanvarın 11-də Parisdə jurnalistlərə bildirib.

Suriyada hava əməliyyatları keçirən Rusiya mülki sakinlərin hədəf olmadığını deyir.

Yanvarın 11-da İdlib əyalətindəki Madaya,Əl Foua və Kefraya şəhərlərinə humanitar yardımlar çatdırılır.