Belqrad Moskvadan raket almaq istəyir

Vucic və Rogozin

Rusiyanın baş nazir müavini Dimitry Rogozin Belqrada rəsmi səfər edib.

Səfərdə məqsəd Serbiyaya silah satmaqdır.

RogozinSerbiyanın baş naziri Aleksandar Vucicə Rusiyanın yer-hava tipli raket kompleksini təqdim edib.

Məlumatlara görə Serbiya Rusiyadan bu tip raket kompleksi almaq istəyir.

Rogozin bildirib ki, əgər 1999-cu ildə Serbiyada bu cür raketlər olsaydı, NATO-nun hərbi kampaniyası zamanı pis dağıntılardan qaçmaq olardı.

Avropada Rusiyanın ən sadiq müttəfiqi olan Serbiya eyni zamanda Avropa Birliyinə də inteqrasiya etmək istəyir.