Serbiya aktyor Seagala vətəndaşlıq verdi

Steven Seagal

Serbiya amerikalı aktyor Steven Seagala vətəndaşlıq verib.

Bunu yanvarın 11-də Serbiya hökuməti bəyan edib.

Aktyor bundan əvvəl Serbiyaya səfəri zamanı ölkə rəhbərliyini tərifləyib və özünü serb kimi hiss elədiyini deyib.

O səfərlərindən birində Serbiya polisinə Aykido təlimləri keçməyi təklif edib. Səfəri Rusiyapərəst qrup təşkil edib.

Seagal bundan əvvəl Rusiya prezidenti Vladimir Putinlə də görüşən tanınmış qərb sənətçilərindən biridir.