Xəstəni öldürən həkim tutuldu

Ilia Zelendinov

Rusiyada xəstəni öldürən həkim həbs edildi.

İnsident ötən il dekabrın 25-də Belqoroddakı xəstəxanada baş verib.

Cərrah İlia Zelendinov tibb bacısını ayağı ilə ilişdirən xəstəni döyərək öldürüb.

Zərbələrdən birində onun başı yerə dəyib və yerindəcə keçinib.

Otaqdakı kamera görüntüləri lentə alıb.

Həkim onunla birlikdə olan digər şəxsi də döyüb.

Bu günədək Zelendinov ev dustağı idi.

Bu məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub, YouTube-da görüntülər yayılıb.

Zelendinov dekabrın 30-da işdən kənarlaşdırılıb.

Həmçinin yanvarın 11-də bəlli olub ki, xəstəxananın baş həkimi də işdən çıxarılıb.