İraqda azı 35 nəfər həlak olub

İraq, arxiv fotosu

-

Yanvarın 11-də İraqda İslam Dövlət silahlı qruplaşmasının ticarət mərkəzinə hücumu və digər partlayışlarda azı 35 nəfər həlak olub. Bu, son aylar İraqda ən çox insan tələfatının baş verdiyi gündür.

Bağdadın şərqində yerləşən ticarət mərkəzinə hücum edənlər intiharçı jiletləri geyiniblər, partlayıcıları işə salmamışdan girovlar da götürüblər. Bu hücumda azı 12 nəfər öldürülüb.

Reuters agentliyi Bağdadda və ətrafında çoxsaylı hücumlarda azı 51 nəfərin həlak olduğunu yazır.

İD ticarət mərkəzinə hücumda məqsədin şiə müsəlmanları hədəfə almaq olduğunu bildirib.