Polis: 11 yaşlı uşaq özünü asıb

Foto illüstrasiya.

-

Beyləqanda 11 yaşlı uşağın özünü asdığı bildirilir.

Bu haqda Beyləqan Rayon Polis Şöbəsindən APA-ya deyilib.

Həmin uşaq Füzuli rayon Şəkərli kənd sakini, Beyləqan ərazisindəki Fin qəsəbəsində məskunlaşmış 11 yaşlı Qara Ağayevdir.

Faktla bağlı cinayət işi başlanılıb.