TS Eliot şeir mükafatı təqdim olundu

Sarah Howe

-


Nüfuzlu TS Eliot Mükafatının builki qalibi Sarah Howe'nun debüt şeir kitabı oldu. Kitab "Loop of Jade" adlanır. İlk dəfədir ki, debüt kitab bu mükafatı qazanır.

Sarah Howe çinli ananın, ingilis atanın övladıdır. 1983-cü ildə Honq Konqda doğulub.

Onun şeirləri Londonda bu yaxınlarda daha bir mükafat - Sunday Times/PFD İlin gənc yazarı mükafatını qazanmışdı.

Keçən il TS Eliot mükafatının qalibi David Hersent və onun "Fire Songs" şeir kitabı olmuşdu.

Həmçinin bax:

Onu "heyrətamiz orijinal şeirlərinə görə ilin gənc yazarı seçdilər