400 sakin təcili köçürülməlidir

Madayaya yardım gedir

-

BMT rəsmisi bildirir ki, Suriyanın mühasirədə olan şəhərindən 400 sakin təcili köçürülməlidir.

“Bu insanlar pis qidalanmadan və sağlıq durumları səbəbindən ölə bilərlər”, BMT-nin humanitar məsələlər üzrə rəsmisi Stephen O'Brien yanvarın 11-də deyib. O, Təhlükəsizlik Şurasına Madaya şəhərindəki böhran barədə məlumat verib.

Bir neçə saat öncə şəhərin 40 min sakininə ərzaq, dava-dərman, sığınacaq materialları, sabun çatdırılıb. Şəhər iyuldan bəri hökumət qüvvələrinin mühasirəsindədir. Sakinlərin ot, ev heyvanları ilə qidalandığı bildirilir.

Foah və Kefraya şəhərlərinə də yardım çatdırılıb. Bu şəhərlərdə 20 min insan üsyançı qüvvələrin mühasirəsində qalıb.