Gümrüdə Avetisyanlar ailəsi yad edilir

Valery Permyakov

Ermənistanın Gümrü şəhərində ötən il yanvarın 12-də Avetisyanlar ailəsinin qətlə yetirilməsinin ildönümü qeyd edilir.

102-ci Rusiya bazasının əsgəri Valeri Permyakov yanvarın 12-də iki azyaşlı uşaq da daxil olmaqla ailənin 7 üzvünü avtomat silahla qətlə yetirib.

Ermənistan və Rusiya tərəfi faktla bağlı ayrıca cinayət işi açıblar.

Permyakov günahını etiraf edib.

Qətllə bağlı cinayət işi ayrıca icraata götürülüb və ona Rusiya bazasında erməni tərəfi baxır. Bu ittihamla bağlı məhkəmə dekabrın 18-dən başlanıb.

Hadisə həmin vaxt Gümrüdə kütləvi etirazlara səbəb oldu.

Avetisynın bacısı Asmik Avetisyan hesab edir ki, Permyakov bu qətli təkbaşına tərətməyib.

Ailənin qohumları məhkəmə prosesinin gedişindən narazıdırlar. Onlar prosesin Rusiya bazasında keçirilməsinə etiraz edirlər.