Avstriya miqrant qəbulu qaydalarını sərtləşdirmək istəyir.
Bir sıra hökumət üzvləri yanvarın 12-də keçirilən iclasda bildiriblər ki, hərbi əməliyyatlardan qurtulan qaçqınlarla iqtisadi miqrantlar arasında fərq olmalıdır və sonuncuların kütləvi axınına son qoymaq lazımdır.
2015-ci ildə 8 milyon yarım əhalisi olan Avstriyaya 90 min qaçqın gəlib.
Bu 2014-cü illə müqaisədə təxminən 3 dəfə çoxdur.
Təkcə Almaniya bu il 1 milyondan çox qaçqın qəbul edib.
Onların əksəriyyəti Suriya, İraq və Əfqanıstandandır.