-
Yanvarın 12-də ABŞ Prezidenti Barack Obama sonuncu illik çıxışını edib. Deyib ki, Amerikanın beynəlxalq səhnədə zəifləməsi, İslam Dövləti (İD) silahlı qruplaşmasını çökdürmək üçün böyük müharibənin labüdlüyü barədə Respublikaçı tənqidçilər yanılırlar.
“Adamlar liderlik üçün Moskvaya və ya Pekinə baxmırlar, bizi çağırırlar”, Obama Konqresdə deyib.
Prezidentliyə bəzi respublikaçı namizədlər İD-ə qarı sərt tədbirlər tələb edirlər, silahlı qruplaşmanın İraq və Suriyada tutduğu ərazinin bombalanmasına çağırırlar.
“Onlara nə istəyirsiz deyin, qatillər, ya fanatiklər. Onları izləmək, köklərini kəsmək, məhv etmək lazımdır”, Obama deyib.
Obama deyib ki, Konqres İD-nin məhvi barədə ciddi düşünürsə, ona qruplaşma ilə vuruşmaq üçün səlahiyyət verən qətnamə qəbul etməlidir.
Ancaq prezident onu da deyib ki, Birləşmiş Ştatlar hər bir ölkəni böhrandan çıxarılması, yenidənqurulması ilə məşğul ola bilməz.