Suriyaya görə yığışacaqlar

Staffan de Mistura

-

Yanvarın 13-də BMT-nin Suriya üzrə Xüsusi elçisi Cenevrədə böyük dövlətlərin səfirləri ilə görüşəcək. Yanvarın 25-də isə sülh danışıqlarının keçirilməsi planlaşdırılır.

Staffan de Mistura ABŞ və Rusiya elçiləri ilə görüşəcəkdi, ancaq ofisi bildirib ki, BMT Təhlükəsizik Şurasının digər daimi üzvləri – Britaniya, Çin və Fransa təmsilçiləri də görüşə qatılacaq.


Ötən həftə Dəməşq bildirib ki, 25 yanvar danışıqlarında iştirak edəcək. Əsas müxalifət qrupları isə hələlik belə bir niyyətlərini açıqlamayıblar.

Suriya müxalifətinin koordinatoru Riad Hijab yanvarın 12-də Parisdə deyib ki, Birləşmiş Ştatlar Rusiyanı razı salmaq üçün Suriya ilə bağlı, özəlliklə prezident Bashar al-Assad-ın gələcəyinə dair mövqeyini yumşaldıb. Bu səbəbdən müxalifət 25 yanvar danışıqlarına qatılmaq kimi çətin seçim qarşısındadır.