İran qırıcısı qəzaya uğrayıb

İranın Fantom təyyarələri, 2010-cu il

-

İran dövlət televiziyasının məlumatına görə, F-4 Fantom qırıcı təyyarəsi Pakistanla sərhəd yaxınlığında qəzaya uğrayıb, iki pilot həlak olub.

Hadisə yanvarın 12-də, Konarak hava bazasından 45 mil qərbdə, paytaxt Tehrandan 900 mil cənub-şərqdə baş verib.

Xəbərdə qəzanın səbəbinin bəlli olmadığı, təhqiqat getdiyi vurğulanır.

Pilotlar təlim missiyası həyata keçirirmiş.

İran Hava Qüvvələri ABŞ istehsalı olan Fantom təyyarələrini 1979-cu il İslam İnqilabından öncə alıb. Hazırda İran və Rusiya istehsalı olan qırıcıları da var.

İranda son illər bir neçə hərbi təyyarə qəzaya düşüb.