-
Yanvarın 13-də ABŞ prezidenti Barack Obama rusiyalı həmkarı Vladimir Putin-lə Ukrayna və Suriya böhranlarını müzakirə edib. Məlumatı Ağ Ev yayıb.
“Onlar söhbətin böyük hissəsini rusiyalıların Minsk sazişi öhdəliklərinə əməl etməsinin vacibliyinə sərf ediblər – Ukraynanı hal-hazırda qarışdıran separatçılara dəstəyə son qoysunlar”, Ağ Evin sözçüsü Josh Earnest deyib.
Kiyev və Qərb Moskvanı münaqişəni qızışdırmaqda ittiham edir, Kreml bu ittihamları qəbul etmir.
Kremlin məlumatına görə, tərəflər həmçinin İranla Səudiyyə Ərəbistanı arasındakı gərginliyin azalmasına çağırıblar.
İki prezident Suriya böhranı üzrə qətnaməni, Koreya yarımadasındakı durumu da müzakirə ediblər.