Fevralın 2-də “Ustad” gəlir

►“Ustad” adlı yeni ədəbiyyat və sənət jurnalı işıq üzü görəcək

“Hədəf” nəşrlərinin təsisçiliyi ilə “Ustad” adlı yeni ədəbiyyat və sənət jurnalı işıq üzü görəcək. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin nəşriyyata istinadla yaydığı xəbərə görə, jurnal müasir və klassik ədəbi və sənət nümunələrini özündə əks etdirəcək, dünya ədəbiyyat incilərini Azərbaycan oxucusuna çatdıracaq.

Jurnalda tanınmış imzaların yazılarına, məşhur dünya yazarlarından tərcümələrə, sənət söhbətlərinə də yer veriləcək. “Ustad” jurnalı gənc müəlliflərin mətbuatda dərc olunmamış əsərlərini və məqalələrini də hər ay çap etmək niyyətindədir.

Fevralın 2-də oxuculara təqdim olunacaq jurnalın baş redaktoru Şəmil Sadiq, redaktoru Nərgiz Cabbarlıdır.