Limanda icra başçısı ilə görüş olub

Saytımızın oxucusunun göndərdiyi foto. İcra başçısı ilə görüşə gedənlərin qarşısı kəsilir.

Lənkəranın Liman şəhərində etirazçılarla Lənkəranın icra başçısı Taleh Qaraşov arasında görüş olub.

Yanvarın 14-də keçirilən görüşdə 50-dək adam iştirak edib.

Bu barədə AzadlıqRadiosuna görüşdə iştirak edən aksiyaçıların özləri məlumat verib.

İcra başçısı tezliklə Liman şəhərində iş yeri açılacağını, maaşların artırılacağını və problemlərin yoluna qoyulacağını vəd edib.

Amma sakinlər buna inanmadıqlarını, dəfələrlə bu cür vədlər verildiyini və yerinə yetirilmədiyini deyirlər.

Onların sözlərinə icra başçısı ilə görüşə Nərimanabad da daxil olmaqla ətraf qəsəbələrdən də gəlmək istəyənlər olub.

Amma polis buna imkan verməyib, yolları bağlayaraq onların qarşısını kəsib.

Aksiyacılardan birinin dediyinə görə İcra başçısı bu günlərdə Liman şəhərindəki mitinqin təşkilinə görə Müsvat partiyası Lənkəran təşkilatının sədri İman Əliyevi günahlandırıb.

Sakinlər deyir ki, hazırda Liman şəhərində xeyli polis var və yollar bağlanıb.