Türkiyədə saxlanan rusiyalı axtarışdaymış

Maria Zakharova

Türkiyədə “İslam Dövləti” qrupu ilə əlbir olmaqda şübhəli bilinən saxlanmış 3 nəfərdən biri Rusiyada terrorçuluq ittihamı ilə axtarışdadır.

Bunu yanvarın 14-də Rusiya xarici işlər nazirliyinin sözçüsü Maria Zakharova deyib.

O Aidar Süleymanovun Tatarıstandan olduğunu və avqustdan axtarışda olduğunu bildirib.

Zakharovanın sözlərinə görə Süleymanov 2013-cü ildən Rusiyanı tərk edib.

Türkiyə hakimiuyyəti yanvarın 13-də Antaliyada “İslam Dövləti” qrupu ilə əlbir olmaqda şübhəli bilinən 3 rusiyalının həbs olunduğunu bildirib.

Bundan əvvəl İstanbulda törədilən partlayışda 10 nəfər ölüb. 15 nəfər yaralanıb.