AFFA -nın Xaqani Məmmədovun rüşvət qalmaqalı ilə bağlı yaratdığı komissiya işi yekunlaşdırmaq üzrədir.
İdman.az-ın məlumatına görə, kmissiyayanvarın 15-də AFFA Hakimlər Komitəsinin sədri ilə bağlı araşdırmanın nəticəsini açıqlamalıdır.
Xatırladaq ki, 2001-ci ildə UEFA Kubokunun təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın "Osiyek" klubu ilə Latviyanın "Dinaburq" komandası arasında keçirilənoyunu (1:0) azərbaycanlı hakimlər idarə edib.
Xaqani Məmmədov isə həmin oyunun dördüncü hakimi olub.
Hakimlər Komitəsinin indiki sədrinə o vaxt rüşvət təklif edilsə də, fakt yalnız ötən ilin sonlarında üzə çıxıb.