Beynəlxalq yüngül atletika federasiyaları asosasiyasının keçmiş prezidenti Lamin Diak (Lamine Diack) təşkilatda korrupsiya sövdələşməsinə görə cavabdehlik daşıyır.
Bunu Ümumdünya Antidopinq Agentliyinin müstəqil komissiyası bəyan edib.
Diacka qarşı korrupsiya faktı ilə bağlı cinayət işi açılıb.
Komissiya həmçinin ötən ilin noyabrında hesabat yayaraq Rusiyanı yüngül atletikada dopinq qəbulunu dövlət səviyyəsində dəstəkləməkdə ittiham edib.
Bundan sonra Rusiya Yüngül Atletika Asosasiyas-nın rəhbəri Valentin Balakhnichev ömürlük idmandan qovulub.