Danışıqları təxirə saldılar

Pathankot bazası, 4 yanvar, 2016-cı il

-

Hindistanla Pakistan yanvarın 15-nə planlaşdırılan danışıqları təxirə salıblar. Səbəb Pakistanda qadağan olunmuş ekstremist qrupun Hindistan hava bazasına hücumudur.

İslamabad yanvarın 13-də Jaish-e-Mohammed yaraqlılarından bir neçəsinin həbs olunduğunu bildirib. Ancaq yenə də iki ölkənin xarici işlər nazirlərinin görüşünün vaxtının dəyişdiyini bildirib.

Hindistan tərəfi danışıqların “çox yaxın gələcəkdə” yeni tarixə təyin olunacağını söyləyib.

Pathankot hava bazasına yanvarın 2-də edilmiş hücumun danışıqları pozacağı sarıdan qorxular vardı. Həmin hücumda Hindistanın 7 əsgəri həlak olub.