16 vəzifəli şəxs cinayət başında yaxalanıb

Kamran Əliyev

-

Keçən il 14 əməliyyat tədbiri nəticəsində 16 vəzifəli şəxs cinayət başında yaxalanıb.

Bunuyanvarın 15-də keçirdiyi mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisi Kamran Əliyev deyib.

Həmin cinayət işləri mənimsəmə və israf etmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma, rüşvət vermə, nüfuz alveri, saxta sənədlərdən istifadə etmə, vəzifə saxtakarlığı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və digər faktlarla bağlı olub.