-
Türkiyənin dövlət xəbər agentliyi xəbər verir ki, polis 12 akademiki saxlayıb. Onlar ölkənin cənub-şərqində kürd üsyançılara qarşı hərbi əməliyyatları pisləyiblərmiş.
Anadolu agentliyinin məlumatına görə, yanvarın 15-də saxlanan 12 nəfər İstanbul yaxınlığındakı Kocaeli Universitetində mühazirə deyirlər.
“Bu cinayətə tərəf olmayacağıq” adlı bəyannaməni Türkiyədən və xaricdən 1200 akademik imzalayıb. Petisiya Ankaranı “regionda kürdlərin və digər xalqların məqsədyönlü qətliamına və deportasiyasına son qoymağa çağırır”.
Müraciəti imzalayanlara qarşı “dövləti təhqir etmə” və “terror təbliğatı aparma” ittihamlarıyla cinayət işi açılıb.
Türkiyənin cənub-şərqində PKK separatçıları ilə münaqişə son aylar qızışıb. İnsan haqları fəalları onlarla dinc sakinin həlak olduğunu bildirir.