-
İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında prezident sərəncamı çıxıb.
SərəncamdaISESCO ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə bu qurum üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının aşağıdakı tərkibdə yaradılması qərara alınıb:
1.Komissiyanın sədri
Əbülfəs Qarayev –mədəniyyət və turizm naziri
Komissiyanın üzvləri
Nadir Hüseynov –xarici işlər nazirinin müavini
Firudin Qurbanov –təhsil nazirinin müavini
İntiqam Babayev –gənclər və idman nazirinin müavini
Rauf Hacıyev –ekologiya və təbii sərvətlər nazirinin müavini
İsa Həbibbəyli –Milli Elmlər Akademiyasının vitse-prezidenti
Aynur Sofiyeva –Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Səyyad Salahlı –Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini
Dağbəyi İsmayılov – Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) baş direktorunun müavini
Urxan Ələkbərov –Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
Vasim Məmmədəliyev –Milli Elmlər Akademiyasının həqiqi üzvü.
Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Xatırladaq ki, ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 2015-ci ilin 23–27 noyabr tarixlərində keçirilmiş iclasında Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilib.
2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam mədəniyyətinin paytaxtı elan edilib.