Nazirlik:"Erməni tərəfinin məlumatı yalandır"

Foto arxiv

“Ermənistan tərəfinin həqiqətə uyğun olmayan məlumatlar yayması növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədi daşıyır”.

Bunu Trendə nazirliyin mətbuat xidməti Ermənistan KİV-lərinin yaydığı məlumata münasibət bildirərkən deyib.

Ermənistan mətbuatı yanvarın 15-də qondarma Dağlıq Qarabağ rejiminə istinadla Azərbaycan ordusunun cəbhə xəttində təxribat törətməsi və 2 nəfər itki verərək geri çəkilməsi barədə məlumat yayıb.

Amma Azərbaycanın Müdafiə Nazirliyi bu məlumatın həqiqətə uyğun olmadığını, Azərbaycan ordusununheç bir itki vermədiyini və qoşunların təmas xəttində vəziyyətin tam nəzarətdə olduğunu bildirir.