Nuland Kalininqrada gedib

Victoria Nuland

ABŞ Dövlət katibinin köməkçisi Victoria Nuland yanvarın 15-də Litvadan Kalininqrad vilayətinə gedib.

O Rusiya prezidentinin köməkçisi Vladislav Surkovla görüşməlidir.

TASS-ın məlumatına görə, prezidentin Baltik dənizi sahilindəki iqamətgahında keçirilən görüş bağlı qapılar arxasında keçiriləcək

“Kommersant” qəzetinin yazdığına görə, tərəflər Ukraynanın şərqində atəşkəslə bağlı Minsk razılaşmasını müzakirə edəcəklər.