Baş Prokurorluq təkzib etdi

Polis

-

«Füzuli rayon polis şöbəsinin əməkdaşı Samir Səfərov və Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin əməkdaşı İlkin İsmayılovun saxlanılması haqda informasiyalar həqiqətəuyğun deyil» - deyə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Bahalaşmaya etiraz olaraq yanvarın 13-də Füzuli rayonunda etiraz aksiyası keçirilib. Yerli mediada Füzuli şəhər icra nümayəndəsi Şakir Hacıyevin polis olan kürəkənləri - Samir Səfərov və İlkin İsmayılovun bu aksiyayla bağlı saxlanıldığı deyilirdi.

Sizin brauzer HTML5-i dəstəkləmir

Füzulidə etiraz aksiyası