Müsavat başqanının müşaviri polisə çağırılıb

Polis

-

Müsavat Partiyası başqanının Şimal bölgəsi üzrə müşaviri Mərdan Mehdili Siyəzən polisinə çağırılıb.

Bu barədə AzadlıqRadiosuna məlumat verən başqan müavini Elman Fəttahın dediyinə görə, Mərdan Mehdili Siyəzən aksiyaları ilə bağlı aparılan istintaqa ifadə vermək adı ilə polis idarəsinə çağırılıb:

«Yanvarın 16-da Mərdan bəy polisə gedib və getdiyindən bəri ondan xəbərimiz yoxdur. Həbs olunacağını güman edirik. Bu istiqamətdə məlumatlar toplayırıq. Partiya bununla bağlı açıqlama yayacaq».

Bir neçə gün qabaq Siyəzən sakinləri sosial tələblərlə aksiya keçirib. Aksiyada həbs olunanlar var.

Sizin brauzer HTML5-i dəstəkləmir

Daxili Qoşunlar Siyəzəndə əməliyyat keçirir