Bakının mərkəzində qəfil ölüm

Ambulans

-

«Respublika» qəzetinin əməkdaşı Sabir Mustafayev küçədə huşunu itirərək vəfat edib.

«Report» xəbər verir ki, yanvarın 16-da metronun «Elmlər Akademiyası» stansiyasının qarşısında təxminən 65-70 yaşlı kişi qəfildən huşunu itirərək yıxılıb.

Yaxınlıqda olan adamlar hadisə yerinə təcili tibbi yardım çağırıblar. Lakin həkimlər hadisə yerinə gələndə artıq gec olub.

Sonradan onun «Respublika» qəzetinin əməkdaşı Sabir Mustafayev olduğu müəyyənləşib.

60 yaşlı S.Mustafayev Cəlilabad rayonunda doğulub. Mərhumun meyiti morqa aparılıb.