-
Yanvarın 15-də Burkina Fasoda otel və restorana hücumda ölənlərdən 4-ü ukraynalılar olub. Bunu Ukrayna Xarici İşlər Nazirliyi yanvarın 16-da bildirib.
Ümumilikdə, həmin hücumda 29 nəfər həlak olub. Hücuma görə məsuliyyəti Al-Qaedaya bağlı qrup üzərinə götürüb. Ölənlərdən azı 10-u əcnəbilər olub. Onların arasında 6 kanadalı, iki fransız, iki isveçrəli və bir ABŞ vətəndaşı var.
İkisinin qadın olduğu bildirilən 4 hücumçu təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.
Burkina Faso prezidenti Marc Christian Kabore bunu “qorxaq hücum” adlandırıb.
Bu Afrika ölkəsi əhalisinin çoxu müsəlmanlardır və 2014-cü ildə prezidenti devriləndən ölkə siyasi çaxnaşma içindədir.