-
BMT-nin yeni hesabatında deyilir ki, hər il dünyadakı münaqişə və təbii fəlakət qurbanlarına humanitar yardım məqsədilə əlavə 15 milyard dollara ehtiyac var.
Bu hesabatı BMT-nin Baş katibi Ban Ki-moon yanvarın 17-də Dubayda təqdim edəcək. Sənəddə qeyd olunur ki, hazırda dünya bu məqsədlə ildə 25 milyard dollar xərcləyir. Bu, 15 il öncə olduğundan 12 dəfə çoxdur.
“Bu problem getdikcə böyüyür”, hesabatı hazırlayan panel üzvlərindən biri, Avropa Komissiyasının büdcə və insan resursları üzrə vitse-prezidenti Kristalina Georgieva deyib.
Hesabatda humanitar yardım üçün yeni mənbələrdən də bəhs olunur. Buraya futbol və konsert biletləri üzərinə könüllü vergi qoyulması daxildir.