Demokrat namizədlər son debatda

Hillary Clinton (solda) və Bernie Sanders

-

ABŞ-da 2016-cı il prezident seçkisinə Demokratik Partiyanın 3 namizədi son debatlarını keçiriblər. Fevralın 1-də Ayova ştatında səsvermə başlanır.

Öndə gedən namizəd, ABŞ Dövlət katibi Hillary Clinton yanvarın 17-də əsas rəqibi, Vermontdan senator Bernie Sanders-lə üz-üzə gəlib. Onlar səhiyyə islahatları, silahlara nəzarət, böyük maliyyə qurumlarının tənzimlənməsi məsələlərində fərqli mövqedən çıxış ediblər.

Rəy sorğuları hazırda bu iki namizədin Ayova və Nyu Hempşirdə reytinqinin çox yaxın olduğunu göstərir.

Clinton-dan Rusiya prezidenti Vladimir Putin-lə münasibəti barədə soruşanda deyib ki, “bu, maraqlıdır”. O, 2009-cu ildə Rusiya ilə münasibətlərin “yenidən qurulması”nı da müdafiə edib, deyib ki, nəticədə Moskva ABŞ-la nüvə silahlarına nəzarət və İranın nüvə proqramı məsələsində əməkdaşlıq edib. O zaman Clinton dövlət katibi idi.

Rəy sorğularında xeyli geri qalan, Merilend ştatının keçmiş qubernatoru Martin O'Malley də debatda iştirak edib.