Tenge biraz da düşdü

Tenge və dollar

-

Qazaxıstanın milli valyutası, tenge yanvarın 18-də ABŞ dollarına qarşı biraz da ucuzlaşıb. Bir dollar 372.58 tengeyə bərabərləşib.

Bu, Qazaxıstan ötən ilin avqustunda üzən məzənnəyə keçəndən ən aşağı səviyyədir.


Yanvarın 18-də ölkədə valyutadəyişmə məntəqələri bir dolları 374-375 tengeyə satır.

Dünya bazarında neftin ucuzlaşması neft istehsalçısı olan ölkələrə ciddi zərbə vurub.