Polşa "Şimal axını"na qarşıdır

Andrzej Duda

“Almaniyaya Ukraynadan yan keçən qaz kəməri siyasi diktədir və bu Avropa Birliyinin həmrəyliyini pozur”.

Bunu Polşa prezidenti Andrzej Duda yanvarın 18-də Brüsseldə Avropa Şurasının prezidenti Donald Tuskla keçirdiyi brifinqdə deyib: “Biz bu layihə ilə razı deyilik, bunun iqtisadiyyatla eç bir əlaqəsi yoxdur, bu sərmayyə siyasi xarakterlidir”, deyə o bildirib.

Duda qeyd edib ki, “Şimal axını-2” kəmərinin rəqibləri hesab edir ki, bu Rusiya qazından asılılığı artıracaq və Avropa Birliyinin enerji ittifaqında həmrəyliyi pozacaq.

Donald Tusk da bundan əvvəl jurnalistlərə Duda ilə eyni mövqedə olduqlarını bildirib.

Qeyd edək ki, Rusiya Ukraynadan yan keçən “Şimal axını” kəməri ilə Almaniyaya qaz verməyi planlaşdırır.