Rubl yenə düşdü

Foto arxiv

Dünya bazarında neftin düşməsi fonunda Rusiya rublu dollara nisbətdə 1,7 faiz ucuzlaşıb.

Yanvarın 18-də Moskva birjasında 1 dollar 78,9 rubl olub.

Qeyd edək ki, yanvarın 18-da Brend markalı neftin bareli 28 dollara düşüb.

Bundan əvvəl hətta qısa müddətə 27 dollar 67 sent olub.

Bu, 2003-cü ildən bəri ən aşağı qiymətdir.

2003-cü ildə neftin bareli 28 dollar 36 sent idi.

Qeyd edək ki, İrana qarşı sanksiyaların aradan qaldırılması neftin düşməsini daha da sürətləndirib.

Tehran gündə dünya bazarına 500 min barel neft çıxarmağa başlayıb.

Dünya bazarında neftin düşməsi və Ukrayna münaqişəsinə görə Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına ciddi ziyan vurur.