FİFA AFFA-ya başsağlığı verdi

Foto arxiv

FİFA futbol veteranı Valeri Hacıyevin vəfatı ilə əlaqədar AFFA-ya başsağlığı verib.

AFFA-nın rəsmi saytında yerləşdirilən məlumatda FİFA prezidentinin səlahiyyətlərini icra edən İssa Hayatou-nun imzaladığı məktubda “Neftçi” klubunun heyətində SSRİ çempionatının bürünc medalını qazanmış Valeri Hacıyevin vəfatının beynəlxalq futbol ailəsinin üzvlərini kədərləndirdiyi bildirilir, mərhumun ailəsi və onu sevənlərə dərin hüznlə başsağlığı verilir.