-
Polşa Prezidenti Andrzej Duda NATO-nu çağırıb ki, Şərqi Avropaya “ciddi sayda” əsgər və avadanlıq yerləşdirsin, Polşanı və regionu daha aqressiv Rusiyada qorusun.
“Məqsəd odur ki, NATO əsgərləri yerləşdirilsin və burada görünsün”, Duda yanvarın 18-də alyansın Brüsseldəki qərargahında deyib.
İyulda Polşada NATO sammiti keçiriləcək və Duda ümid edir ki, həmin görüşdə NATO əsgərlərinin ölkədə uzunmüddətli yerləşdirilməsi barədə qərar veriləcək.
NATO-nun baş katibi Jens Stoltenberg-in dedikləri isə Polşanın sammitin nəticələrindən məyus olmayacağını göstərib. “İnanıram ki, Varşava sammitindən sonra Polşada daha çox NATO əsgəri görəcəyik”, o deyib.