Nawaz Sharif Səudiyyədə olub

Nawaz Sharif

-

Pakistan prezidenti Nawaz Sharif Səudiyyə Kralı Salmana Səudiyyə-İran münasibətlərinin pisləşməsindən “dərin narahatlığını” bildirib. Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Qazi Khalilullah deyib ki, Sharif Salman ilə iki ölkə arasında “gərginliyin artması” barədə hisslərini paylaşıb.

Sharif yanvarın 18-də ər-Riyadda olub. Bu səfər Səudiyyə ilə Pakistanın münasibətlərinin yaxşılaşdırılması yönündə bir cəhd sayılır. Sharif yanvarın 19-da İrana gedir.

Baş nazir tərəfləri fikir ayrılıqlarını dinc yolla həll etməyə çağırıb.

Səudiyyə İranı regional münaqişələrə, özəlliklə də Yəmənə müdaxilədə ittiham edir. İran Yəməndə üsyançı şiəməzhəb husiləri dəstəkləyir.