-
Bağdadda itkin düşmüş 3 amerikalının axtarışı davam edir. Bəzi deputatlar həmin 3 nəfərin oğurlandığını bildirir.
Parlament üzvü Mohammed al-Karbouli deyib ki, naməlum silahlılar 3 nəfəri yanvarın 16-da Bağdadın Dora rayonundan şəxsi mənzildən aparıblar. Sakinlər rayon üzərində iki vertolyotun hərləndiyini görüb.
ABŞ rəsmiləri də 3 amerikalının itkin düşdüyünü təsdiqləyib.
Al-Arabiya televiziyası onların “silahlılar” tərəfindən oğurlanması ehtimalını səsləndirib.