-
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev müəyyən QHT-lərin hesabatlılıq tələblərinə əməl etmədiyini deyib. O, 194 qurumun müqavilə ödəliklərini pozduğunu və hesabatları Şuraya lazım olan tələb formasında vermədiyini nəzərə çatdırıb.
Şuranın icra katibi Fərasət Qurbanov maliyyə hesabatlılığına ciddi yanaşmayan qurumlara da toxunub. “Əgər hesabtlılığa və xüsusilə maliyyə hesabatlılığına ciddi yanaşmasalar, hüquq-mühafizə orqanlarına müraciət edə bilərik”, deyə F.Qurbanov bu qururmlara xəbərdarlıq edib.