Yeni nazir: "İşçilərin 30 faizi ixtisar edildi"

►"Hazırda öz səlahiyyətlərimiz çərçivəsində fəaliyyətə başlamışıq və təhlükəsizlik xidmətinin əməkdaşlarının sayını xeyli azaltmışıq".

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

M. Quliyev deyib ki, bununla bağlı onlara bir ay vaxt verilmişdi, bu müddət ərzində yeni strukturlar yaratdılar:

"Əməkdaşların sayı 30 faizdən artıq azalıb. Fikrimizi odur ki, fəaliyyət daha çevik, yığcam olsun. İki qurum arasında kadr bölgüsü aparılır. İşgüzar münasibətlərimiz yüksək səviyyədədir. Qurumlar arasında fikir mübadiləsi aparılır. Əvvəllər Xarici Kəşfiyyat Xidmətin Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub. İndi həmin qurumda da kadr islahatları aparılır. Təbii ki, bu, günün tələbləri səviyyəsində həyata keçirilir".

O bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətinin şöbələrinin bütün şəhərlərdə olmasına lüzum yoxdur: "Şöbələr, əsasən, böyük şəhərlərdə yaradılacaq. Şöbələr olmayan şəhərlərdən isə kuratorlar vasitəsilə məlumat toplayacağıq. Sadəcə sərhədyanı rayonlarda daha güclü işlər aparacağıq".