“Kürd qüvvələr İraqda ərəb evlərini dağıdır”

İraqın şimalında kürd bayraq qaldırır, arxiv fotosu

-

Kürd qüvvələr İraqın şimalında kəndlərdə və şəhərlərdə minlərlə evi dağıdıb. Məqsəd ərəb icmalarının kökünü kəsməkdir. Amnesty International təşkilatının yeni hesabatında belə deyilir.

“Kürdüstan Regional Hökumətinin (KRG) peşmərgə qüvvələri və İraqın şimalında kürd yaralılar minlərlə evi yerlə yeksan edib, yandırıb. Bunu həmin sakinlərin İslam Dövləti (İD) silahlı qruplaşmasına dəstəyinə görə edirlər”, qurum yanvarın 19-da deyib.


Amnesty International dağıntıların İD-dən azad edilən ərazilərdə baş verdiyini vurğulayır.

“Kürd qüvvələr evlərindən qaçan ərəblərə azad olunan ərazilərə qayıtmağa da icazə vermirlər”, Amnesty bildirir.

Londonda mənzillənən təşkilat 100-dən çox şahiddən sübut-dəlil topladığını da əlavə edir.