Taliban hücumunda azı 21 nəfər ölüb

Hadisə yeri

-

Yanvarın 20-də Pakistanda universitetə taliban hücum edib, azı 21 nəfər həlak olub. Ölənlər içində tələbələr, universitet əməkdaşları var. Polis talibana qarşı əməliyyatın başa çatdığını bildirir.

Hadisə Xiber Paxtunxva vilayətində baş verib. Ölənlərdən çoxu Bacha Khan universitetinin kampusunda qalan oğlan tələbələr olub. Bu ərazi vilayətin paytaxtı Peşəvərdən 17 kilometr şimal-şərqdə yerləşir.

Dörd silahlı da qətlə yetirilib. Ancaq onların həmin 21 nəfərin içində olduğu bəlli deyil.

Pakistan Talibanı, Tehrik-e-Taliban Pakistan (TTP) hücuma görə məsuliyyəti üzərinə götürüb.